Ölçülərinin kiçik olmasına baxmayaraq, Hoco HC1 kolonka sevdiyiniz musiqini keyfiyyətli və təmiz əks etdirir, çünki bu model hər biri 5 Vatt gücündə dinamiklərlə fərqlənir. Hoco HC1 yüksək keyfiyyətli ABS plastikdən və alüminium ərintisindən hazırlanıb, materiallar yüksək və aşağı temperaturlara davamlıdır, buna görə də ilin hansı fəsli olmasından asılı olmayaraq sevimli kolonkınızı götürüb musiqidən zövq ala bilərsiniz. Smartfonla qoşulma Bluetooth modulu vasitəsilə həyata keçirilir, əməliyyat sistemindən və smartfon modelindən asılı olmadan, 10 metrdən artıq olmayan məsafənin qorunması şərti ilə, həmçinin kolonka AUX kabeli ilə cihazınızdakı musiqini də çala bilər. Kolonka akkumulyatorunun gücü 1200 mAh-dır, bu da 4 saata qədər fasiləsiz işləməyə yetir.